Sağlamlıq

Şokoladın səbəb ola biləcəyi xəstəliklər açıqlanıb

4 Avqust 2021 21:15
0 Şərh     Baxış: 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tez-tez şokolad yemək ürək-damar sistemi xəstəliklərinin, bəzi onkoloji xəstəliklərin və diabetin yaranması risklərini artırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Britaniya Ürək Fondunun açıqlamasında deyilir.

Mütəxəssislərin fikrincə, bu qida növünün əsas təhlükələri yüksək şəkər və zənginləşdirilmiş yağ səviyyəsidir. Hesab olunur ki, bu məhsullar böyük həcmdə istehlak olunduğu təqdirdə orqanizm üçün həddən artıq təhlükəli ola bilər.

Həkimlər hər hansı bir mənfi fəsaddan qaçmaq üçün gündə 56 qramdan çox olmayaraq şokolad yeməyi və şokolad seçimində yüksək kakao tərkibli məhsullara üstünlük verməyi tövsiyə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.