Sağlamlıq

Vaksin olunan şəxs bol maye qəbul etməlidir - TƏBİB

18 İyun 2021 18:00
Baxış: 1 533
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vaksin olunan şəxs bol maye qəbul etməli və fiziki iş görməməlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəsetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

O bildirib ki, vaksin olunan nahiyəyə su dəyməyin fəsadlara yol açması ilə bağlı deyilənlər yanlışdır: "Bunlar elmi sübutu olmayan mülahizələr, tamamilə əhəmiyyətsiz məlumatlardır. Bol maye içmək və ağır fiziki işlərdən çəkinmək lazımdır. Vaksin olunmuş şəxs ilk 48-72 saat ərzində sadəcə müəyyən simptomlar yaşaya bilər. Bu da təbiidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.