Sağlamlıq

Azərbaycanın ən uzunömürlü sakini harada yaşayır?

6 Yanvar 2012 16:11
3 Şərh     Baxış: 7 071
Milli.Az-ın Cənub TV-yə istinadən verdiyi məlumata görə, bu torpaqda 100-dən yuxarı yaşı olan insanlar çoxdur. Haqqında söz açacağımız uzunömürlü insan Lənkəran  rayonunun Şilavar kəndində yaşayan 1890-ci il təvəllüdlü Əzizova Tamam Əli qızıdır. 122-yaşlı bu ağbirçək qadın Cəlilabad rayonunun Tokrovka kəndində 1890-ci ildə
dünyaya göz açıb.

Əslən Lerikdən olan Tamam Əzizova 14-yaşında qaçaraq ailə qurduğunu deyir. Tamam Əzizovaya tez ailə qurmaq nəsib olsa da xoşbəxt olmaq nəsib olmayıb. Bir müddətdən sonra hərbi xidmətə gedən Səyyad adlı yoldaşını üzun illər gözləməsinə baxmayaraq, hərbi xidmətdən geri dönmür. Nənə ikinci dəfə Nəhmət Əzizovla ailə qurur. Bu izdivacdan 6 uşağı dünyaya gələn nənə, indi nəvə-nəticələrinin sayını unutduğunu deyir.

Tamam nənədən bu qədər uzunömürlü, gümrah və cavan qalmasının sirrini soruşanda məlum oldu ki, o, gündə 3 dəfə və həmişə eyni vaxtda yemək yeyir, rejmini heç vaxt pozmur. Agbirçək nənə deyir ki, yemək vaxtı stolun üstündə nə qədər naz-nemət olsa da, ancaq bir növ qida ilə kifayətlənmək lazımdır. Yeməkləri qarışdırmaq olmaz. Hazırda Tamam nənə təbii bal və tərkibində müxtəlif növ bitkilər olan yemək və çayla qidalanır.

Lənkəranın 122 yaşlı sakini üzunömürlü olmasının əsas səbəbini ət yeməməsində görür. 122 yaşlı nənə 50 yaşından sonra ət yemədiyini deyir. Əməksevərliklə üç əsr yaşayan Tamam nənə, bu yaxınlarda 122 yaşını qeyd edəcək. Yaşının cox olmasına baxmayaraq o, özunü yaxşı hiss edir, gözləri də cox yaxşı görür. Eşitmə qabliyyəti, danışığı, tam normaldır. Tamam nənə belə sağlam və gümrah qalmasında, uzun ömürlü yaşamasında Lənkəran torpağına, havasına, suyuna borclu olduğunu deyir.

122 yaşlı Tamam nənənin 6 övladı, 30 dan çox nəvəsi, 20-dən cox nəticəsi var.

Milli.Az
loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    roya · 3 Aprel 2017 21:3100

    cox maraqlidir. Allah bu nenenin omrunu daha cox uzun elesin! Amin!

    Cavab yaz
  • Anonim
    Emil · 11 Mart 08:4300

    Dunya en qoca insan

    Cavab yaz
  • Anonim
    Fira · 2 May 22:0900

    Masallah.Allah bu neneye daha uzun uzun ömur versin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.