Sağlamlıq

Koronavirusdan ölüm riskini ikiqat artıran amil

8 Noyabr 2020 21:32
Baxış: 1 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hamilə qadınlar digər qadın pasiyentlərə nisbətən daha çox koronavirusdan ölürlər.

Milli.Az xəbər verir ki, bunu ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatları göstərir.

Nəticələr 22 yanvar - 3 oktyabr arasında toplanan statistik məlumatlara əsaslanır.

"The Washigton Post" qəzetinin yazdığına görə, COVID-19 xəstəsi olan 19 mindən çox hamilə qadından 33-ü ölüb, bu kateqoriyada ölüm dərəcəsi 0,2% təşkil edib. Hamilə olmayan qadınlar arasında bu rəqəm iki dəfə azdır.

Mərkəzdə belə düşünürlər ki, yüksək ölüm riski hamiləlik dövründə baş verən fiziki dəyişikliklərlə - ürək döyüntülərinin artması, oksigen istehlakı, ağciyərlərin tutumunun azalması, orqanizmin immunitet sistemində gedən dəyişikliklər və s. ilə bağlıdır. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.