Sağlamlıq

Koronaviruslu xəstələr evə buraxıldıqdan bir müddət sonra ağciyərləri zəifləməyə başlayır - Yeni araşdırma

7 Avqust 2020 11:16
Baxış: 2 075
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronaviruslu xəstələr evə buraxıldıqdan sonra da ağciyərlərində problemlər yaşanır.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, Vuhan şəhərində belə bir fakta rast gəlinib və aparılan yeni araşdırmalar nəticəsində koronavirusun fəsadlarını özünü sağalan insanlarda bir müddət sonra göstərdiyi məlum olub.

Belə ki, bu virusdan müalicə olunaraq evə buraxılan şəxslərin üç ay sonra yenidən ağciyərlərində problemlərin yarandığı, yorğunluq və depressiv hiss etmələri aşkarlanıb.

Bundan əlavə həmin insanlarda təngnəfəslik yaranır, hərəkətlərində yavaşlama hiss olunur.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının bugünkü statistikasına əsasən dünyada bugünədək 19,266,412 insanın koronavirus testinin nəticələri müsbət çıxıb. 717,796 nəfər bu virus səbəbindən dünyasını dəyişib. 12,364,839 isə müalicə olunaraq evə buraxılıb.

Bəxtiyar Umarlı
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.