Sağlamlıq

Saqqız çeynəmək ağız boşluğuna texniki təmizlik verir

1 İyul 2020 23:25
Baxış: 3 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzən ağızdan gələn qoxudan azad olmaq üçün, bəzən də müxtəlif səbəblərlə əlaqədar saqqız çeynənilməsi ilə rastlaşırıq. Hazırda saqqızın fərqli dada malik çoxlu çeşidi var. Uşaq və gənclər ondan çox istifadə etsələr də, mütəxəssislər uzun müddət saqqız çeynəməyi tövsiyə etmirlər.

Milli.Az bildirir ki, həkim-stomatoloq Kamil İsayev ARTAC-a deyib: "Saqqız çeynəməyin bir faydası varsa, zərərli təsirləri daha çoxdur. Onun faydası diş fırçası və məcunu olmadığı şəraitdə ağız boşluğuna nisbətən mexaniki təmizlik vermək üçün istifadə olunmasındadır. Digər bir tərəfdən onun beş dəqiqədən artıq çeynənilməsi məsləhət deyil".

Saqqızı ağız boşluğunda çox saxlayanda onun tərkibindəki bəzi kimyəvi maddələr parçalanır, nəticədə mədə-bağırsaq sistemində problemlər yaranır. Həkimin dediyinə görə, onun tərkibində olan müəyyən qatqı maddələri - konservantlar, boya və dad verən maddələr uşaq orqanizmi və hamilə qadın üçün çox ziyanlıdır. Saqqız çeynənən zaman əmələ gələn metanol qazı göz və sinirlər üçün çox zərərli toksik maddədir.

Həkimlər bildirirlər ki, saqqız əvəzinə arı mumu çeynəmək daha məqsədəuyğundur. Tərkibində propolis olduğuna görə təkcə damaq və dişə deyil, bütün orqanizm üçün faydalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.