Sağlamlıq

Alimlərdən koronavirusla bağlı XƏBƏRDARLIQ: Heç bir əlaməti olmur və qısa müddətdə...

1 Aprel 2020 21:54
0 Şərh     Baxış: 3 495
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin tanınmış professoru İlyas Dökmetaş və Elmi Komitənin üzvü Ateş Kara İslandiyada yeni koronavirus tədqiqatının nəticələrini paylaşıb və hər kəsə ciddi xəbərdarlıq edib.

Milli.Az xəbər verir ki, tibbi ekspert xəstəliyə yoluxan insanların təxminən yarısında heç bir simptom görünmədiyini bildirib. Tədqiqatın nəticələrinə görə, ölkədə 170 min insan sınaqdan keçirilib, onlardan 270-də xəstəlik aşkarlansa da, 124-də heç bir simptom müşahidə edilməyib. 54 nəfərdə yüngül temperatur təsbit edilib.

Professor İlyas Dökmetaşın sözlərinə görə, koronavirus xəstələrində heç bir əlamət özünü göstərməsə də, yoluxucu xüsusiyyətə malikdir. Simptomları olanlardan daha az ötürülmə riski var, amma yoluxdurucudur. Klinik əlamətləri olan bir adam 1 ilə 5 nisbətində ötürmə qabiliyyətinə malikdir. Simptomları olmayanlarda bu göstərici daha aşağıdır.

Elmi Komitənin üzvü Ateş Kara hesab edir ki, xəstəlik gizli şəkildə inkişaf etdiyi üçün karantin rejiminə əməl etmək çox vacibdir: "Çünki xəstə olmadığı görünsə də, onu yaya bilər. Bu yeni araşdırmadır. Qarşınızdakı hər bir insanı xəstə kimi düşünün. Virus yeni olduğuna görə bu cür məlumatlar ortaya çıxır. Xəstəliyi şiddətli olanlar daha çox risk daşıyıcısıdır. A-simptomik olanlar isə az və qısa müddətdə virusu yoluxdurur".

Professor Dökmetaş əlavə edib ki, Türkiyədə koronavirus qrafikinin yüksəlməsinin səbəbi xəstəliyin A-simptomik olmasıdır. O, bildirib ki, test nəticələri pozitiv çıxan gənclərin əksəriyyətində COVID-19-un əlamətləri özünü göstərməyib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.