Sağlamlıq

Öpüşməyin faydaları: metabolizmi sürətləndirir, immuniteti yaxşılaşdırır... - Alimlər araşdırdı

15 Dekabr 2019 11:44
6 Şərh     Baxış: 6 785

Öpüşmək adətən sevinc gətirir. Amma məlumdur ki, bu proses həm də sağlamlıq və yaşam üçün böyük üstünlüklərə malikdir.

Milli.Az bildirir ki, "Journal of Neural Engineering" jurnalında dərc edilmiş məqalədə Kaliforniya Universitetinin alimləri bu məsələyə aydınlıq gətiriblər.

Öpüşmək metabolizmi sürətləndirir - Düzdür, öpüşmək bu baxımdan 5 kilometrə qaçış qədər effektli deyil, lakin dəqiqəyə 2 kalori yandırır.

İmmuniteti yaxşılaşdırır - Öpüşən zaman insanlar milyonlarla bakteriya mübadiləsi edirlər. Və müxtəlif bakteriyalarla mübadilə edərkən orqanizm onlarla mübarizəyə uyğunlaşır, immunitet güclənir.

Bu, bir elmdir - Filematoloqiya - öpüşməyi elm olaraq belə adlandırırlar. O, öpüşməyin texnikaları və onların psixoloji xüsusiyyətlərini araşdırır.

Xoşbəxtlik istehsalçıları - Tədqiqatlara əsasən, öpüşən zaman dofamin, oksitosin və serotonin daxil olmaqla bir sıra faydalı maddə istehsal edilir. Onların funksiyası beyində həzz mərkəzlərini stimullaşdırmaq və insanın əhval-ruhiyyəsini yaxşılaşdırmaqdır.

Zaur
Milli.Az

Şərh yaz:

6 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.