Sağlamlıq

Kosmetika qabında ən təhlükəli əşya

13 Dekabr 2019 23:30
1 Şərh     Baxış: 6 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın Aston Universitetinin mütəxəssisləri qadınların makiyaj qabında olan kosmetik vasitələrin təmizliyini mikroskop altında yoxlayıblar.

Nəticələr həkimləri sözün əsl mənasında heyrətləndirib. Məlum olub ki, bu vasitələrin üzərində çoxlu sayda təhlükəli bağırsaq çöpləri və stafilokokk var.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, kosmetik vasitələrin çəkilməsi üçün istifadə olunan sponj və byuti-blenderlər ən təhlükəli gözəllik vasitələr kimi qiymətləndirilib. Araşdırma göstərib ki, bu vasitələrin üzərində olan mikrobların sayı 1 mm-də 1 mln. (!) çatır.   

Mütəxəssislər aşkar ediblər ki, qadınların 93%-i sponj və byuti-blenderləri heç zaman yumurdu.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.