Sağlamlıq

Xolesterini salan, qaraciyəri piylənmədən qoruyan UCUZ MƏHSUL

13 Dekabr 2019 23:50
0 Şərh     Baxış: 2 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzən ən adi və ucuz məhsullar orqanizmə olduqca faydalı təsir edir, sağlamlığı qorumağa yardım edir. Belə məhsullardan biri yulaf yarmasıdır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, adi yulaf yarması qanda xolesterinin səviyyəsini aşağı salır, orqanizmdə iltihabı azaldır, arıqlamağa kömək edir, həzm proseslərini yaxşılaşdırır, qaraciyərin piylənməsinin riskini azaldır, qaraciyərin fəaliyyətini yaxşılaşdırır.

Bütün bu möcüzəvi dəyişikliklər üçün sadəcə hər gün 1 boşqab yulaf yarması ("gerkules") sıyığını yemək lazımdır. Təbii ki, sıyığa yağ və şəkər əlavə olunmur. Mütəxəssislər sıyığa kəsmik, az miqdarda bal, meyvə quruları (kişmiş, ərik qurusu, əncir qurusu, qara gavalı), çərəzləri əlavə etməyi tövsiyə edirlər. Bu sıyığın orqanizmə olan faydalı təsirini daha da artıracaq.    

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.