Sağlamlıq

Təzyiqi salmağa yardım edən ən yaxşı 5 İÇKİ - Hər gün için!

13 Dekabr 2019 22:55
1 Şərh     Baxış: 2 435
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yüksək təzyiq orqanizmə ciddi ziyan vurur, infarkt, insult, ağır böyrək və göz xəstəliklərinin riskini artırır.

Hipertoniya xəstəliyi olan insan arterial təzyiqinə daim nəzarət etməli və onu normada saxlamalıdır. Bu işdə xüsusi dərman preparatları, pəhriz, fizki aktivlik, ziyanlı vərdişlərdən imtina və stress vəziyyətlərindən mümkün qədər uzaq durmaq kömək edir.

Bəzi içki və qidalar da təzyiqi normada saxlamağa kömək edə bilər.

Milli.Az saglamolun.az-a istinadən oxuculara təzyiqi salan faydalı içkiləri təqdim edir:

Məkkəgülü (karkade) çayı. Antosian maddələri ilə zəngin olan bu çay damarların vəziyyətini yaxşılaşdırır və təzyiqi salmağa yardım edir.

Nar şirəsi. Mütəxəssislər sübut edir ki, hər gün 150 ml nar şirəsini içən insanın təzyiqi tədricən aşağı düşür.

Tomat şirəsi (duzsuz).  Likopin maddəsinin sayəsində tomat şirəsi damarları möhkəmləndirir, damarlarda iltihabı və həmçinin trombların əmələ gəlməsinin riskini azaldır.

Yaşıl çay. Edinburq alimləri aşkar ediblər ki, 2 həftə ərzində hər gün 1-2 fincan yaşıl çay içən insanın təzyiqi aşağı düşür.

Çuğundur şirəsi. Çuğundur şirəsi damarların vəziyyətini yaxşılaşdırır və damarları genişləndirir. Mütəxəssislər hipertoniyadan əziyyət çəkənlərə hər gün yarıbayarı su ilə qarışdırılmış 1 stəkan çuğundur şirəsini içməyi tövsiyə edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.