Sağlamlıq

Sümüklərin inkişafına zərərli qidalar - Siyahı

7 Dekabr 2019 15:18
0 Şərh     Baxış: 1 125
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sümüklərin sağlamlığı üçün qidalanma olduqca əhəmiyyətlidir.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, uşaqlıqda istehlak edilən qidalar sonrakı dövrlərdə meydana gələn sümük xəstəlikləri riskini azalda bilər. Sümük inkişafı və sağlamlığını qorumaq üçün kalsium, D vitamini, K vitamini, fosfor və maqneziumla zəngin olan qidalara üstünlük vermək çox vacibdir.

Süd və süd məhsulları ilə yanaşı, balıqlar, ispanaq, qırmızı bibər, pomidor, banan, portağal kimi məhsullar sümük sağlamlığını qorumaq üçün çox faydalıdır. Xüsusilə qatıq, pendir və süd məhsulları 35 yaşa qədər insanlarda baş verə biləcək sümük əriməsinin qarşısını ala bilər.

Eyni zamanda, sümük sağlamlığına zərərli olan bəzi qidalar da mövcuddur. Birincisi, araşdırmalara görə, qədərindən artıq duz istehlak edən insanlarda sümük qırılma ehtimalı 4 qat çoxdur. Buna görə sümük sağlamlığında duz istehlakı da nəzərə alınmalıdır.

Bundan əlavə qatqılı içkilər sümüklərin deformasiyasına səbəb ola bilər. Buna görə qazlı və spirtli içkilərin istehlakına diqqət yetirilməlidir.

Həmçinin, həddindən artıq protein istehlak etmək sümüklərə zərər verə bilər. Qəhvə əksəriyyət üçün imtina olunmaz olsa da, gün ərzində iki fincandan artıq içmək olmaz. Siqaret sümüklərin qidalanmasının qarşısını alaraq, yeni damarların yaranmasına mane olur, mövcud damarların tıxanmasına səbəb olur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.