Sağlamlıq

""Şopoqolik"lər psixi xəstə elan edilsinlər" - Alimlərdən təklif

16 Noyabr 2019 22:10
0 Şərh     Baxış: 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyada Hannover tibb məktəbinin mütəxəssisləri internetdə alış-veriş asılılığı olanları psixi xəstə kateqoriyasına daxil etməyi təklif ediblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, araşdırmalardan sonra məlum olub ki, "şopoqolik"lər artıq onlara lazım olmayan məhsulları belə almağa başladıqlarından onlarda həm maliyyə problemləri yaranır, həm də depressiv xəstəliklər başlayır. Bu həm də özünənəzarətin itirilməsi deməkdir. Həmçinin, araşdırmalar zamanı məlum olub ki, mağazalar da insanların psixi zəifiliyindən istifadə edərək çox asanlıqla varlanırlar.

Alış-veriş asılılığı daha çox gənc insanlarda müşahidə olunur. Müxtəlif ölkələrdə yaşlı insanların yalnız 5%-i bu asılılıqdan əziyyət çəkir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.