Sağlamlıq

Faydalı meyvənin bilmədiyiniz ZİYANI

16 Noyabr 2019 22:15
1 Şərh     Baxış: 1 114

Vitamin, mineral, orqanik turşularla zəngin olan qreypfrut çox faydalı meyvədir.

Qreypfrut ürək-damar sistemini möhkəmləndirir, orqanizmdə xolesterinin səviyyəsini aşağı salır, həzmi yaxşılaşdırır,  immun sisteminə müsbət təsir edir, orqanizmin tonusunu qaldırır, arıqlamağa kömək edir.

Lakin bütün bu faydalı xüsusiyyətlərlə yanaşı qreypfrutun çox ciddi ziyanlı xüsusiyyəti də var.

Alimlər araşdırıb ki, qreypfrut və xüsusilə də onun şirəsi bir çox dərmanların təsiri dəyişir - azaldır və ya əksinə artırır. Bu isə təhlükəli ola bilər.

Bunun səbəbi ondadır ki, qreyprutun tərkibində olan maddələr dərmanların qaraciyərdə parçalanması prosesini sürətləndirə və ya əksinə ləngidə bilər. Bu isə dərmanın qanda səviyyəsini azaldır və ya artırır və bununla müvafiq olaraq orqanizmə olan təsiri də dəyişir.  Bir çox hallarda bu çox təhlükəli ola bilər.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, hal-hazırda mütəxəssislər 53 belə dərmanı qeyd edir.

Bu dərmanlar arasında: xərçəngin müalicəsində istifadə olunan preparatlar, bəzi antibiotiklər, statinlər, ürək dərmanları, sinir sistemi pozulmalarında təyin olunan dərmanlar, immunosupressantlar, viaqra, antiqistamin preparatları və s.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Parviz · 17 Noyabr 06:4210

    Bir meqale oxudum ki kartof sendeme dehsetli xesteliye sebeb olurmus dedim aaa nece ildi kartof yeyirem illerdi kartofun faydalarinan danisilir yazilir indi nolduuu haa zererli olduu onu yeme xerceng olarsan bunu yeme xerceng olarsan besduruneee camahatin basin xarab eleduy bele her sey yeyuruk.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.