Sağlamlıq

Ana südündən sona ən zəngin proteinli qida - Uşaqlar üçün vacibdir

16 Noyabr 2019 19:59
2 Şərh     Baxış: 1 617
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təxminən 6 qram protein olan bir yumurta, yetişkin bir şəxsin gündəlik protein ehtiyacının təxminən 11% -ni təmin edir.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bunu yumurtanın qidalanma dəyəri haqqında danışan Qida İşıqlandırma Platforması Başçısı və İstinye Universiteti Prof. Dr. Funda. E bildirib.

Onun sözlərinə görə, yumurta körpələrdə, uşaqlarda və yeniyetmələrdə sağlam böyümə və inkişaf üçün çox vacib bir qidadır, çünki tərkibində yüksək keyfiyyətli protein var. Yumurta dünyada ana südündən sonra ən qiymətli protein(zülal) hesab olunur. 

Orta boybir yumurta təxminən 70 kkal enerji ehtiva edir və çox sayda vitamin, mineral və bioaktiv komponentlərdən ibarətdir. Yumurta sarısı A,D,E  vitamini, tiamin, biotin, riboflavin, pantoten turşusu, sink, mis, kalsium və dəmirlə zəngindir. Yumurtanın ağın isə , natrium, xlor, maqnezium, kükürdlə zəngindir.

Bir qida maddəsi kimi istifadəsi ilə yanaşı, vaksinlər və retroviral dərmanların inkişafında yumurta mühüm rol oynayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.