Sağlamlıq

Soyuq havaların ağrılara təsiri

9 Dekabr 2019 07:00
0 Şərh     Baxış: 1 178
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xroniki xəstələrin rütubətli havalarda ağrı hissi daha yüksək olur.

Milli.Az xəbər verir ki, Mançester universiteti tərəfindən aparılan araşdırmada məlum olub ki, yağışlı havanın ağrılara ciddi təsiri var. 

Araşdırmaya İngiltərə daxilində xroniki xəstəliyi, miqreni olan 2500 insan cəlb olunub.  15 ay müddətində həmin insanların ağrı simptomları hava proqnozları ilə qarşılaşdırılıb.

Təcrübənin nəticəsi aşağı təzyiqli və yağışlı günlərdə insanların ağrı hissinin 20 faiz daha çox olduğu məlum olub.  Belə ki, soyuq, rütubətli günlərin ağrını artırdığı, lakin təkcə yağışlı havanın və istinin ağrılara heç bir təsiri olmadığı açıqlanıb.

Qeyd edək ki, mütəxəssislər rütubətli havalarda ağrıların artma səbəbini hələ də izah edə bilmirlər. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.