Sağlamlıq

Telefonlar insanı qocaldır - ALİMLƏRDƏN XƏBƏRDARLIQ

25 Oktyabr 2019 07:48
0 Şərh     Baxış: 2 632
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Telefondan çıxan mavi işıq qocalma prosesini sürətləndirir.

Milli.Az xəbər verir ki, ABŞ alimlərinin fikrincə  kompyuter monitorundan və mobil telefonlardan çıxan  mavi işıqla uzun zaman təmasda olmaq orqanizmin  yaşlanmasını sürətləndirir. Onlar bu barədə tədqiqatın nəticələrinə əsaslanaraq deyiblər.

Tədqiqat qrupu 2 qrupa bölünmüş milçək üzərində təcrübə keçirib. Bir böcək qrupu qaranlıq yerdə 12 saat, digər qrup işıqlı mavi "LED" işıqları olan otaqda saxlanılıblar. Nəticəsə isə məlum olub ki, 2-ci qrup həşəratlar birincilərdən az yaşayıblar.

Mavi işığın milçəklərin göz pərdəsi  və beyin hüceyrələrini məhv etdiyi ortaya çıxıb. Bundan əlavə məlum olub ki, mavi işıq kor həşaratlara da  eyni təsir göstərib.

Alimlər təcrübə nəticələrinə əsaslanaraq, süni işıqdan artıq istifadə insan üçün də təhlükəli ola bildiyi qənaətinə gəliblər. Onların fikrincə  mavi işıq  həşərat və  insanlara eyni zərər verir. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.