Sağlamlıq

Ayran pəhrizi ilə 5 kiloqram arıqlaya bilərsiniz

20 Oktyabr 2019 22:15
0 Şərh     Baxış: 1 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Formada qalmaq  və kilo vermək istəyənlər yeni pəhriz siyahıları ilə maraqlanırlar.

Milli.Az Axşam.az-a istinadən ən məşhur pəhrizlərdən biri olan ayran pəhrizini təqdim edir:

A vitamini ilə zəngin olan ayran pəhrizi vasitəsilə 1 həftədə 5 kiloqram vermək mümkündür. Ayran həm qısa müddət ərzində sizə gözlədiyiniz nəticəni verəcək, həm də C, D, E, K, B6, B12 vitaminləri ilə zəngin olduğu üçün sağlamlığınızın qeydinə qalacaq. Eyni zamanda ayran orqanlarınızın düzgün işləməsinə kömək edir.
Ayran pəhrizi duzsuz, yağsız evdə hazırlanan qatıq ilə təxminən 1 həftə müddətində edilir. 

Ayranın sağlamlığa faydaları:

Bədənin kalsiuma olan ehtiyacını ödəyir, hərarəti alır, qəbizliyin qarşısını alır, qan təzyiqini azaldır, mədə xorasına kömək edir, sümüklərin əriməsinin qarşısını alır.

Pəhrizin qaydası:

İlk gün
Səhər 3 stəkan ayran, günorta 3 stəkan ayran, axşam 3 stəkan ayran və yağsız toyuq.

II gün
Səhər 3 stəkan ayran, günorta 2 stəkan ayran, axşam 1 stəkan ayran və meyvə

III gün
Səhər 2 stəkan ayran, günorta 2 stəkan ayran, axşam 1 stəkan ayran, tərəvəz

IV gün
Səhər 2 stəkan ayran, günorta 2 stəkan ayran, axşam 1 stəkan ayran və partladılmış qarğıdalı

V gün
Səhər 2 stəkan ayran, günorta 2 stəkan ayran, axşam 1 stəkan ayran ilə təbii su

VI gün
Səhər 2 stəkan ayran, günorta 2 stəkan ayran, axşam 1 stəkan ayran və təbii bitki çayı

VII gün
Səhər 2 stəkan ayran, günorta 2 stəkan ayran, axşam 1 stəkan ayran və tərəvəz supu.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.