Sağlamlıq

Xroniki gecikmə sizi uzun ömürlü edə bilər

20 Oktyabr 2019 20:50
0 Şərh     Baxış: 1 122
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mütəxəssislərin araşdırması görə, xroniki gecikmə sağlamlığa xeyirlidir.

Milli.Az bildirir ki, onların fikrincə xroniki gecikmə problemi olan insanlar daha az stresli olur.

Nəticə olaraq bu insanlar yüksək təzyiqdən daha az əziyyət çəkirlər.

Bu xəstəlikdən əziyyət çəkən insanların əsasən özlərinə zaman ayırmağın daha vacib olduğunu düşündükləri üçün hər yerə gecikirlər.

Belə insanlar vaxtı düzgün bölə bilmədikləri üçün, bu problemlə üzləşirlər.

Onlar qısa müddət ərzində bütün işlərini həll edə bildiklərini düşünürlər. 

Hardvard universitetindən olan alimlərin fikrincə  bu vərdiş  insanın  ömrünü uzada bilər.

Psixoloq Ceff Kontenin iddiasına görə, xroniki gecikmədən əziyyət çəkən insanların çətin vəziyyətlərdən çıxış yolunu tapmaq bacarıqları daha  yüksək olur.

Onlar daha tez qərar verməyi bacarırlar.

Nəticə olaraq deyə bilərik ki, hər yerə gecikənlər daha ağıllı, az stressli və xoşbəxt insanlardır. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.