Sağlamlıq

Həkimlərin yazdığı "pul tələsi" dərmanlar - Həkim effektsiz dərmanları AÇIQLADI

18 Oktyabr 2019 23:34
0 Şərh     Baxış: 2 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın tanınmış həkimlərindən biri Aleksandr Myasnikov hər 10 həkimdən 7-sinin xəstələrin reseptinə müntəzəm olaraq, az qala hər gün yazdıqları "boş", pul tələsi, xəstəyə faydası olmayan dərmanları açıqlayıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, boş dərmanlar siyahısında nootroplar, fermentlər, immunmodulyatorlar, vitaminlər, qida əlavələri - BAD-lar, damar möhkəmləndirici dərmanlar, hepatoprotektorlar, probiotiklər, prebiotiklər, bitki qarışımları və s.-dir.

Bu kateroqoriyada olan dərmanlar təyinatı üzrə heç bir effekt vermir. Əgər ziyan vermirsə, yazım prinsipi ilə yazılır.

Hətta bəzi həkimlər heç farmakoloji kompaniyalarla işbirliyi olmadan da bunları yazır. Bu sadəcə vərdiş və başqa həkimlərin yazmasını eşidib digərlərindən geri qalmamaq üçün atılan addımdır.

Myasnikov xəstənin həkimdən reseptə yazdığı dərmanlar barədə ətraflı məlumat almağa hüququnun olduğunu bildirib.

"Xəstə utanmamalıdır, hətta dərmanın effektivliyinin elmi baxımdan sübut olunub-olunmamasını araşdırmalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.