Sağlamlıq

Ən yaxşı pulsuz ağrıkəsici - Hər kəs üçün əlçatan "vasitə"

16 Oktyabr 2019 22:04
0 Şərh     Baxış: 3 513
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərədə maraqlı araşdırma aparılıb.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Tranford Universitetinin tibb fakültəsinin ağrı mərkəzində aparılan araşdırma nəticəsində ən yaxşı ağrıkəsicinin "sevgi" olduğu aşkarlanıb. Məlum olub ki, sevgi hissinin kokaindən belə daha güclü təsiri var.

Təcrübə prosesində iştirak edən 15 nəfərin (8 qadın və 7 kişi) FMRI vasitəsi ilə beyni görüntülənərək onlarla maraqlı test aparılıb.

Testə əsasən, 15 nəfərin hər birinin əlinə ağrı hiss etdirəcək cihaz verilib və onlardan bir neçəsinin qarşısındakı monitorda bu anda sevgilisinin şəkli göstərilib.

Məlum olub ki, ağrı ötürülən zaman sevgilisinin şəklini görən şəxslər digərlərinə nisbətən ağrını daha az və gec hiss edib.

Bu, sevgi hissinin insan beynində dopamin, seretonin və noradrenalin kimi hormonların ifrazını artırması ilə əlaqədardır.

Bununla da, sevgi hissinin ağrıkəsici təsiri olduğu elmlə sübut olunub.

Emin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.