Sağlamlıq

Səhər yeməyində çörək yeyənlərə bəd xəbər

18 Oktyabr 2019 07:48
5 Şərh     Baxış: 3 966
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məlum olub ki, səhər yeməyində çörək, şirniyyat, qoğal və s. bu kimi qənnadı məhsullarına üstünlük vermək zərərlidir.

Milli.Az xəbər verir ki, un məmulatları mədəni qıcıqlandırır və mədədə şişkinlik yaradır. Acqarına şirniyyat yemək mədəyə zərər verir. Məsələ ondadır ki, tərkibindəki şəkər sürətlə qana qarışır, qanda şəkərin miqdarını artırır və bir çox xəstəliklərə yol açır. Odur ki, səhərlər şirniyyat və şirin sulardan uzaq durun.

Eyni zamanda ədviyyatlı yeməkləri də səhərlər acqarına yemək mədəni qıcıqlandırır və həzm pozğunluğuna səbəb olur.

Armud çox faydalı lif tərkibi sayəsində bağırsaqların düzgün işləməsinə kömək edir. Ancaq boş mədəyə yemək mədəyə zərər verə və qarın ağrısına səbəb ola bilər. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.