Sağlamlıq

Xərçəng necə yaranır? - Nobel mükafatçısı

14 Oktyabr 2019 19:14
0 Şərh     Baxış: 3 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xərçəngə qalib gəlmək mümkün deyil. Yalnız yeni törəmələri effektiv məhv edəcək maddələr yaratmaq olar.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu kimya üzrə Nobel mükafatçısı Tomas Lindal deyib. O, mutasiya və onunla bağlı olan xərçəng şişlərinin əsas səbəbinin radiasiya, günəş ultrabənövşəyi şüaları və kanserogen qidalar olmadığını bildirib. Onun sözlərinə görə, ultrabənövşəyi şüalar insan beyni, qaraciyəri və digər daxili orqanlarda şiş yaratmaq imkanına sahib deyil və yalnız bir faiz şişlər ionlaşdırıcı şüalarla bağlıdır.

Lindal onkoloji xəstəliklərin yaranmasının suyun parçalanması və hüceyrələrdə aqressiv oksigen formalarının meydana gəlməsi nəticəsində DNT-də yaranan zədələnmələrlə bağlı olduğunu bildirib.

Qeyd edək ki, Lindal 2015-ci ildə Əziz Səncər və Pol Modriçlə birgə Nobel mükafatını alıb. Onlara bu mükafat DNT-nin bərpa mexanizmlərinin tədqiqatına görə verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.