Sağlamlıq

Qadınlarda aşağı hemoqlobinin səbəbi - Nə etməli?

11 Oktyabr 2019 22:25
0 Şərh     Baxış: 1 441
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gənc qadınlarda qan analizində hemoqlobinin normadan aşağı və ya normanın ən minimal həddində olması çox zaman həkimlər tərəfindən ciddi siqnal kimi qəbul olunmur və xəstənin bu göstərici ilə yaşayacağına arxayın olurlar.

Hemoqlobini süni yollarla artıqmaq lazımdırmı?

Milli.Az medicina.az-a istinadən bildirir ki, qanda aşağı hemoqlobin dəmir defisitli anemiyanın olmasının göstəricisidir. Bu isə qadının orqanizminin zəifləməsi və onun müdafiə gücünün tükənməsinə səbəb olacaq. Mütləq hematoloq və terapevtə müraciət edib, dəmir defisitinin hansı səbəbdən olmasını aydınlaşdırmalı və onu dərmanlarla normaya salmaq lazımdır.

Çox zaman bu hal B 6 və B 12 vitaminləri defisitindən də qaynaqlanır. 

Hemoqlobini qaldırmaq üçün: fol turşusu, B12 qəbul etməli, qarabaşaq, yağsız mal əti, mal qaraciyəri, nar şirəsi, yaşıl tərəvəzlər, ispanaq yemək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.