Sağlamlıq

Çox güclü qusmalarla keçən hamiləlik autizm riski daşıyır - ALİMLƏR

7 Oktyabr 2019 21:25
3 Şərh     Baxış: 1 533
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hamiləlikdə toksikoz, ürəkbulanma, qusma normaldır. 

Lakin alimlər son zamanlar geniş yayılmış autizm sindromu ilə hamiləlik zamanı səhər ürəkbulanmaları və qusmaları arasında əlaqə olduğunu araşdırıb.

Belə ki, hamilənin səhərlər güclü qusması gələcək uşaqda autizm riskini 40% artırır. 

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu nəticəyə 500 min qadın üzərində təcrübə nəticəsində gəliblər. 

Bir çox qadınların hiperemezis adlı çox ağır forma qusmaları var idi. Məhz o qadınların dünyaya gətirdiyi uşaqlarda 40% hallarda autizm diaqnoz olunmuşdu.

Alimlər hələ də bu təsirinin səbəbini öyrənə bilməyib. Çox güman ki, gün ərzində çox qaytarması olan hamilələrdə orqanizmdə mineral və vitamin defisiti olur ki, bu da dölün beyin sinir sisteminə təsir edir.

1-ci trimestrdə həddən artıq ağır toksikoz artıq ginekoloqları təşvişə salıb, ananı və dölü minerallarla təmin etmək barədə düşünməyə vadar etməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.