Sağlamlıq

Hamiləliyi ilk günlərdən necə aşkar etmək olar? - 5 ƏLAMƏT

27 Sentyabr 2019 23:30
0 Şərh     Baxış: 1 213
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Adətən hamiləliyin baş tutub-tutmamasını təyin etmək üçün hamiləlik testlərindən istifadə olunur.

Müasir testlər çox həssasdır və hamiləliyi menstrusiyanın ləngiməsinin ilk günündən etibarən aşkar etməyə imkan verir.

Lakin qadında olan müəyyən simptomlar hamiləliyi testdən daha tez aşkar etməyə kömək edə bilər. Milli.Az saglamolun.az-a istinadən bu simptomları təqdim edir:

Sizə bu simptomları təqdim edirik:

1. Səbəbsiz yuxululuq. Qadın yuxudan doymur, bütün günü ancaq yatmaq istəyir, daim yuxululu olur.

2. Hərarətin səbəbsiz olaraq bir qədər artması. Qadına elə gəlir ki, o, xəstələnir.

3. Təzyiqin birdən-birə düşməsi, başgicəllənmə.

4. Tez-tez sidiyə getmək.

5. Səbəbsiz ishal, köp, bağırsaq qazları.

Bütün bu simptomlar qadın orqanizmində hamiləliklə bağlı olan hormonal dəyişikliklərlə əlaqəlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.