Sağlamlıq

Tütündən istifadə 6 əsas ölüm səbəbinin risk faktorudur

26 Sentyabr 2019 20:58
0 Şərh     Baxış: 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tütündən istifadə dünyada səkkiz əsas ölüm səbəbininin altısının başlıca risk faktorudur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) səhiyyə şöbəsinin müdiri Tofiq Musayev deyib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı statistik məlumata əsasən, hər il 8 milyon insan tütünçəkmə səbəbindən vaxtından əvvəl dünyasını dəyişir. Onların 1 milyonu passiv tütünçəkənlər, yəni özləri istifadə etməsə də, tütün tüstüsünün zərərli təsirinə məruz qalan şəxslərdir.

İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə bildirib ki, ölkəmizdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanununun tətbiqi əhalinin sağlamlığının qorunması sahəsində çox mühüm addımdır: "Cənab Prezident tərəfindən imzalanan bu qanunun məqsədi tütün məmulatlarından istifadə etməyən insanların, habelə tütün məmulatlarından istifadə edən insanların da sağlamlıqlarının mühafizəsidir, çünki qapalı məkanlarda tütünçəkmənin fəsadları daha ağır və təhlükəlidir. İctimai yerlərdə, idarə və müəssisələrdə, qapalı ərazilərdə tütündən istifadəyə qoyulan qadağanın mahiyyəti budur".

İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva tütünçəkmə ilə mübarizədə təbliğat və təşviqatın, maarifləndirici tədbirlərin, çap materiallarının böyük rol oynadığını bildirib: "İnsanların bu zərərli vərdişdən imtina etməsinə, ölkəmizdə tütündən istifadənin ildən-ilə azalmasına nail olmaq üçün müasir vasitələrdən də istifadə olunur. Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisinin dəstəyi ilə İSİM tərəfindən hazırlanan "Tütündən imtina et" mobil əlavəsi bu zərərli vərdişdən xilas olmaq istəyənlər üçün faydalı vasitədir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.