Sağlamlıq

Kökəlmək istəyənlər gün ərzində...

20 Sentyabr 2019 01:30
0 Şərh     Baxış: 1 533
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Arıqlamaq, artıq çəkidən xilas olmaq problemi ilə üzləşənlər olduğu kimi kökəlmək istəyənlər də var. Onlar iki yerə bölünür: iştahasızlıq problemi olanlar və lazımi qədər qidalansalar da, kökələ bilməyənlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-fitoterapevt Elnur Eldaroğlu həmin problemi şərh edərkən deyib: "Elə adamlar var ki, aclıq hissinin yoxluğundan, qidalanmaq həvəsinin olmamasından şikayətlənir. Qidaya həvəsin olmaması nevrogen və endokrin mənşəli ola bilər. Məsələn, anorik nevrozla üzləşənlər həm çox arıq olur, həm də bir növ yeməkdən küsürlər. Bəzi endokrinoloji xəstəliklər, məsələn, şəkərli diabet zamanı belə hallar olur. Bəzən də hər cür qidalanmaya baxmayaraq, kökəlmənin baş verməməsi hər hansı bir xroniki, parazitar və infeksion xəstəliklərlə əlaqədar ola bilər".

Problemi aradan qaldırmaq üçün düzgün və sağlam qidalanmaq lazımdır. Qidalanma barəsində danışarkən həkim-fitoterapevt deyib: "Gün ərzində dörd dəfə qidalanmaq məsləhət görülür: birinci və ikinci səhər yeməyi, günorta və axşam. Həmin vaxt qida qəbul etmədikdə aclıq hissi itir. Bəzən ayaqüstü qidalanmaq, yüngül qəlyanaltı etmək də kalori və doyma hissi yarada bilir, lakin lazımi vitamin deposu vermir. Məsələn, ikinci səhər yeməyi zamanı kisel və ya meyvə şirələri içmək məsləhət görülür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.