Sağlamlıq

Xəstəliklərə işarə edən bədən qoxuları - aseton, sirkə, balıq, xarab ət... - Faydalı məlumat

19 Sentyabr 2019 21:53
1 Şərh     Baxış: 1 483
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi xəstəliklər zamanı insanın bədən qoxusu dəyişilir, insandan qəribə iy gələ bilər. Bu orqanizmdə gedən patoloji proseslərin nəticəsidir.

- Aseton iyi

İnsanın tərindən aseton iyi gəlirsə bu əksər hallarda şəkərli diabetə işarə edir. Bu çox təhlükəli simptomdur. Kəskin aseton iyi diabetik komanın yaxınlaşmasına işarə edir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, həmçinin aseton iyi həzm orqanları, böyrək və qaraciyər xəstəliklərinə işarə edə bilər.

- Pişik iyi

Bəzi pozulmalar zamanı insandan pişik sidiyinə oxşar iy gələ bilər. Bu əksər hallarda böyrək problemlərinin simptomudur.

- Sirkə iyi

Güclü tərləmə və tərdən sirkə iyinin gəlməsi nəfəsalma sisteminin xəstəliklərindən xəbər verə bilər. Qadınlarda belə iy süd vəzi xəstəliklərinə (məsələn, mastopatiyaya) işarə edə bilər.

- Balıq iyi

Bu iy maddələr mübadiləsi pozulmaları zamanı yarana bilər. Qadınlarda cinsiyyət orqanlardan balıq iyli ifrazatlarin gəlməsi cinsi yolu ilə keçən infeksiyalara işarə edir.

- Şirin meyvəli iy

Bu qanda şəkərin yüksək olmasının simptomu ola bilər. Həmçinin difteriya zamanı da insandan bu iy gələ bilər.

- Xarab ət iyi

Belə iy onkoloji xəstəliklər zamanı hiss oluna bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.