Sağlamlıq

Payız depressiyasının səbəbləri

15 Sentyabr 2019 13:34
0 Şərh     Baxış: 957
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yay bitdi. Artıq payızın ilk günlərini yaşayırıq. Hazırda elə bir fəsildəyik ki, həyat dolu insanlar belə depressiyanın ən geniş yayılmış növü olan mövsümi və ya "payız depressiyası" yaşayır. Payızın gəlməsi ilə bir çox insan xüsusi səbəb olmadan daha kədərli və hüznlü olur. Qısalmış günlər, tutqun hava, boz təbiət...

Bütün bunlar payız depressiyasının yaranmasına səbəb olur və dünyada hər beş insandan biri bu depressiya növündən əziyyət çəkir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, payız depressiyası əhvalın dəyişkən, çox vaxt onun aşağı olması, müəyyən situasiyalarda insanın təfəkkürünün donması, hərəkət aktivliyinin tormozlanması ilə xarakterizə edilən psixoemosional vəziyyətdir. Mütəxəssislər hesab edir ki, payız depressiyasına məruz qalan insan həyatda öz yerini tapa bilmir, öz istəklərini boğur və məmnunluq hissini itirir. Bu daha çox psixoloji olaraq depressiyaya meyilli olan insanlarda baş verir.

Depressiyanı ümumiyyətlə, biz daha çox soyuq aylarda müşahidə edirik. Orqanizm də istiyə öyrəşir və adaptasiya olunur. Amma o mühitdən başqasına keçəndə bir az deqradasiya formasında depressiya yaranır.

Payızda günəş şüalarının azalması orqanizmdə melotonin hormonunun artmasına səbəb olur ki, bunun nəticəsində də əhval-ruhiyyə aşağı düşür. Mütəxəssislər hesab edir ki, belə hallarda qidalanmaya diqqət etmək lazımdır. Kalorili yeməklər yemək vacibdir.

İşığın azalması ilə başlayan depressiya

Lakin araşdırmalar göstərir ki, bizim əhvalımızı kədərli, iş qabiliyyətimizi aşağı, davranışımızı apatik edən öz-özlüyündə təkcə havaların pisləşməsi deyil. Bu fenomenin fizioloji izahı da var. Bir qrup alim hesab edir ki, işığın azalması ilə əhvalın pozulması "bioloji saatlar"ın pozulması nəticəsində baş verir. Depressiyadan əziyyət çəkən insanlarda minimum bədən temperaturu səhər saat 06:00-da müşahidə olunur, normalda isə bu, gecə saat 03:00-da olmalıdır. Buna görə də onlar səhərlər çətin oyanır, gecələr isə pis yatırlar. Bu insanlar 06:00-08:00 arası parlaq işıq terapiyası aldıqda nəinki onların əhvalı düzəlir, həm də bədən temperaturunun minimumu daha erkən vaxta keçir.

"Xoşbəxtlik hormonu"nun azalması və...

Başqa bir yanaşmaya görə isə pis əhvala və enerjinin azalmasına cavabdeh deholanmelatonin hormonunun artması və nəticədə də "xoşbəxtlik hormonu" serotoninin azalması payız depressiyasına səbəb olur. Məlumdur ki, heyvanlarda da yuxu və oyaqlıq dövrü melatoninin ifrazı ilə tənzimlənir. Melatonin yalnız qaranlıqda ifraz olunur və işığa qarşı çox həssasdır. Buna görə də yayda gecələr qısa olduğu üçün melatonin ifrazı azaldığı halda uzun qış gecələrində onun ifrazı artır.

Fizioloji səbəbləri

Bu fizioloji səbəblərdən başqa payız depressiyasının psixoloji səbəbi də var.

Payız ilin sonudur. Hər bir insan keçmiş ilin hadisələrinə nəzər salır. Heç də həmişə bütün insanların arzuları, istəkləri reallaşmır. Bu natamamlıq, şəxsiyyət kimi özünü reallaşdıra bilməmək insanda özünə inamsızlıq, əhvalsızlıq yaradır. Bütün bunlardan əlavə isə xroniki streslər, ətrafdakılar tərəfindən insana qarşı irəli sürülən yüksək tələblər, iş və istirahət rejiminin pozulması, natamam yuxu da depressiyaya səbəb olur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.