Sağlamlıq

Gün ərzində ən azı 45 dəqiqə-1 saat gəzinti vacibdir

9 Sentyabr 2019 22:14
0 Şərh     Baxış: 1 097
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gənclərin böyük əksəriyyəti idmana zaman ayırsa da onlar arasında ürək xəstəliklərindən əziyyət çəkənlərin sayı az deyil. İdman dedikdə ağlımıza hansısa qapalı idman zalı gəlir. Əslində isə bu, heç də sağlam üsul deyil. Daha yaxşı olardı ki, insanlar açıq havada qaçmağa, müxtəlif idman hərəkətləri etməyə üstünlük versinlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri ürək-damar cərrahı Anar Əmrah deyib.

Cərrahın sözlərinə görə, gün ərzində ən azı 45 dəqiqə-1 saat gəzinti vacibdir: "Həmişə vurğulayırıq ki, sürətli qaçmaq lazım deyil. Çünki yarış tərzinə bənzəyən idman növləri stress əmələ gətirir. Mütəxəssislər ona görə də bunu tövsiyə etmirlər. Yaxşı olardı ki, insanlar hər gün təmiz havada gəzsin, bir-biri ilə söhbət etsinlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.