Sağlamlıq

Nə üçün 1 yaşına qədər uşaqlara bal vermək olmaz?

16 Avqust 2019 21:05
1 Şərh     Baxış: 1 305
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pediatrlar 1 yaşına qədər olan uşaqlara bal verməyi qəti şəkildə tövsiyə etmirlər.

Məsələ burasındadır ki, balda çikroskopik miqdarda olsa da Clostridium botulinum bakteriyasının sporları ola bilər. Bu bakteriya botulizmin inkişafına səbəb ola bilər. Çox ağır xəstəlik olan botulizm nəfəsalmanın çətinləşməsi, iflic və hətta ölümə gətirib çıxarda bilər.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, daha böyük yaşda uşaqların və böyüklərin orqanizminə baldan düşən sporlar orqanizm tərəfindən zərərsizləşdirir və onların sonrakı inkişafının qarşısı alınır. Lakin 1 yaşına qədər olan uşaqların immun sistemi hələ çox zəif olur ki, onların orqanizminə düşən sporlar inkişaf edə və çoxala bilər. Bu isə botulizmin inkişafına səbəb olacaq.

Bəzi mütəxəssislər hətta 3 yaşına qədər olan uşaqlara bal verməyi tövsiyə etmirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.