Sağlamlıq

Göbələk xəstəliklərinin düşməni - ALMA SİRKƏSİ

14 Avqust 2019 22:25
1 Şərh     Baxış: 3 635

Sirkə mətbəxdə istifadə etdiyimiz möcüzəvi mayedir. Milli.Az medicina.az-a istinadən bildirir ki, onun digər bir özəlliyi də var. Həftə ərzində cəmi bir dəfə istifadə etsəniz, sirkə bütün orqanizminzi təmizləyə bilər. Qoxusu gözəl olmasa da, məhz sirkə sayəsində bədəndəki mikrob və bakteriyaları təmizləyə bilərsiniz.

Hansı üsulla?

Ayaqlarınızı və bədəninizi möcüzəvi şəkildə təmizləmək istəyirsinizsə, öncə alma sirkəsi alın. Daha sonra ilıq suyu vannaya əlavə edin. 1 dolu stəkan alma sirkəsi də tökün. Qoxunu gözəlləşdirmək üçün istədiyiniz efir yağı da damcılada bilərsiniz. 15 dəqiqədən sonra ayaqlarınızı çıxardıb dəsmalla qurudun. Bütün mikrob və bakteriyalar, göbələk xəstəlikləri tədricən məhv olacaq. Hətta yuxunuz daha uzunmüddətli olacaq.

Ümumiyyətlə, sirkə məişətdə istifadə olunan ucuz möcüzədir. Belə ki, saç yuyarkən biraz suya əlavə etsəniz, kəpəkdən qurtula biləcəksiniz. Həmçinin saçlarınız daha möhkəm və parlaq olacaq. Sirkə boğaz ağrısı üçün də əvəzsiz məlhəmdir.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Lilli · 15 Avqust 10:4100

    Mən yoldawimin ayaqlarinda olan gobeleyi 10 gun yaw naneyle zeytunun yarpaqini, ceyirdeyini qaynatip isti isti qoydum yaxwi oldu ayaqlari esasda qawintisini aldi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.