Sağlamlıq

Bu dərəcədən yuxarı isti yemək və içki xərçəng yaradır - Həddi aşmayın

14 Avqust 2019 23:05
2 Şərh     Baxış: 2 069
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ onkoloqları insanların çoxunun isti, qaynar çay, qəhvə, içki və yemək qəbulu kimi vərdişinin xərçəng xəstəliyi riskini artırdığını araşdıraraq bəyan edib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, 60 dərəcədən yuxarı isti, qaynaq içki və yemək qida borusu, mədə, ağız boşluğunun selikli qişasının tamlığını pozur və xərçəngə səbəb olur. 

Siyahıya bişirilmiş qəhvə də daxil edilib. Tədqiqatlar göstərib ki, qəhvə dənələrinin qovrulması zamanı kanserogen maddələr yaranır ki, bu da orqanizmdə toplanır. 

Qırmızı əti qızardıb, isti-isti yemək də, onkoloji xəstəlik riskini 35% artırır. 
Yuxusuz qalanlar, gecə yuxusu almayanlarda melanin sintezi pozulur, bu da gənc yaşda xərçəng yaradır.

Ona görə də, çay, qəhvə və yeməklərin qaynar, ağız yandıran olmamasına, 60 dərəcəni aşmamasına fikir verin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.