Sağlamlıq

Mixəyin təzə olduğunu necə təyin edək?

7 Avqust 2019 22:50
1 Şərh     Baxış: 2 309
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mixək insan sağlamlığı üçün olduqca faydalıdır. Bu ədviyyat mikrob, virus, göbələk və qurdları öldürür, iltihabları və ağrıları azaldır, sakitləşdirir, güc və gümrahlıq verir, həzmi yaxşılaşdırır...

Gördüyünüz kimi, faydaları saymaqla bitmir.

Lakin bütün bunlar yalnız təzə mixəyə aiddir. Köhnə mixəyin tərkibində faydalı maddələr azalır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, təzəliyini və keyfiyyətli olmasını yoxlamaq üçün bir neçə ədəd mixək 1 stəkan suyun içərisinə atılır, suyun dibinə batması və ya mayenin içərisində üzməsi onun keyfiyyətinin yüksək, yana çevrilərək suyun üzərində qalması isə köhnə və yararsız olduğunu göstərir.

Bir neçə ədəd mixək oxlov vasitəsilə suçəkən ağ kağız vərəqin arasında əziləndə kağıza yağ ləkəsinin düşməsi mixəyin təzəliyini və keyfiyyətini göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.