Sağlamlıq

Hovuzdan əvvəl və sonra mütləq...

24 İyul 2019 22:55
0 Şərh     Baxış: 2 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yay mövsümündə hovuz və dənizə çox girmək qadınlarda sidik yolu infeksiyasına səbəb olur. Bakteriya, göbələk yaranması riskini artırır. Bu tip xəstəliklərdən qorunmaq üçün hovuza və dənizə girib çıxdıqdan əvvəl və sonra mütləq duş alın, həmçinin yaş geyimlə oturmayın. 

Milli.Az medicina.az-a istinadən qadınları elə yayda daha çox yaxalayan sistit infeksion xəstəlik barədə ətraflı məlumatı təqdim edir.

Qadınlarda sidik yolu infeksiyası, yəni sistit, kişilərə nisbətən daha çox rast gəlinir. Təxmini olaraq qadınların 50-60% - i həyatlarında ən azl bir dəfə sidik yolu infeksiyası keçiriblər. Bir çox qadınlarda sidik yolu infeksiyası təkrarlanır, xronikləşir. 
 
Sidik yolu infeksiyasının tez-tez təkrarlaması həm həyat keyfiyyətini aşağı salır, həm də böyrəklər tərəfindən ciddi problemlər yaradır. 
 
Sidik yolu infeksiyasının əlamətləri: 
 
1. Sidiyə çıxmadan sonra meydana gələn yanma hissi
2. Tez-tez sidiyə getmə 
3. Qarının alt hisəsində ağrı
4. Bulanıq rəngli sidik
5. Qoxulu sidik 

Necə qorunmalı?
  - Bol maye qəbul edin 
  - Sidiyinizi saxlamayın 
  - Yuyunanda öndən arxaya doğru yuyunun
  - Çimdiyiniz  hovuzun gigiyenik olduğuna əmin
  - Ümumi hovuzda adam az olanda çimin.

Göbələk infeksiyaları:
İsti aylarda havanın temperaturu və rütubəti göbələk infeksiyası riskini artırır. Hovuz suyundakı xlor orqanizmdəki yararlı bakteriyaların azalmasına səbəb olur. Nəticədə bədəndə qaşıntı, genital nahiyədə yanma, iynəbatma və axıntı şikayətləri yaranır. 
Necə qorunaq? 
- Hovuz əvəzinə dənizə üstünlük verin 
- Yaş  çimərlik geyimində uzun müddət qalmayın
- Pambıq materiallı alt paltarı seçin 
- Dar paltarlardan uzaq durun 
- Gündəlik bez istifadə etməkdənsə, tez-tez alt paltarınızı dəyişin 
 
İnfeksiyaya bağlı axıntılar - bakteriyel vajinozis: 
Bu infeksiya natəmiz ümumi tualetlər və xlorlu suyun vaginal bölgənin PH səviyyəsini dəyişdriməsindən meydana gəlir. Adətən pis qoxulu axıntı (ölü balıq iyi) və qaşıntı ilə biruzə verir.
 
Necə qorunaq?
- Unitazın üzərinə tualet kağızı sərin
- Hovuza girməzdən əvvəl sidiyə gedin və duş alın
- Gigiyenik tərəfdən təsdiqedilmiş yerlərə gedin.
- Dəniz və hovuzun suyunun təmizliyinə əmin olun. 
 
Bu kiçik nüans və qaydalara fikir versəz, istənilən yerdə istirahətin dadını çıxara bilərsiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.