Sağlamlıq

"Qəlb qırılması" sindromu xərçəng riskini artırır - Ürəyi sınanlar ehtiyatlı olsun

22 İyul 2019 21:54
0 Şərh     Baxış: 2 100
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ürək qırğınlığı, sınması" sindromu həqiqətən var və yer üzündə hər 1000 nəfərdən 5-də rast gəlinir. Sınıq qəlb sindromundan əziyyət çəkən hər 6-cı insan isə yaxın 5 ildə xərçəngə tutulmaq riski ilə üz-üzədir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu sindrom daim güclü stress, həyəcan, emosional gərginlik keçirən insanlarda olur və bu təsirlərdən ürəkdə müvəqqəti anomal dəyişikliklər baş verir, ürək zəifləyir. İnsan təngnəfəslik, boğulma, ürək tutmasından şikayətlənir, sanki nəfəsi çatmır, ürəyindən şübhələnir.

1605 nəfər sınıq qəlb sindromlu pasiyentin 267 nəfərində xərçəng aşkarlanmışdır.  Qadınlarda çox süd vəzi xərçəngi rast gəlinib. Eləcə də dəri, ağciyər, mədə-bağırsaq şişləri. 

Eləcə də bir çox xəstələrdə fiziki travma və tibbi müdaxilə, ürək və ağciyərlərdə hər hansı müalicə və əməliyyatdan sonra xərçəng xəstəliyi oyanmışdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.