Sağlamlıq

Kondisioneri təcili təmizləyin- Özünüz və ailə üzvləriniz təhlükədədir

17 İyul 2019 23:00
0 Şərh     Baxış: 4 952
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda kondisionerlər yaşayış sahəsini sərinlətmək və ya qızdırmaq təyinatı üçün alınsa da, ilk kondisioner 1902-ci ildə amerikalı Uillis Karer tərəfindən havanın soyudulması üçün yox, mətbəələrdə rütubətə qarşı havanı qurutmaq mqəsədilə icad edilmişdi. 

İllər keçsə də, kondisionerin havanı qurutması təsiri hələ də qalıb. Bu isə həmin otaqda yaşayan, yatan insanlarda gözlərin qızarması, dermatit, allergiya, burun tutulması, zökəm kimi fəsadlar yaradır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, uzun müddət istifadə olunan və ya qışda söndürülüb yayda isti düşən kimi işə salınan kondisionerlər havaya filtrdə toplanmış toz, göbələk və parazitləri də havaya vurur və dəri, nəfəs yolları vasitəsilə insana ötürülür.

Filtri çirklənmiş kondisionerdən sizin və daha çox uşaqların nəfəs yolları, ağız içi, göz selikli qişası, dərisi göbələklə bakterial infeksiyaya yoluxur. Uşaqlarda konyuktivit, astma bronxit, dermatit, ekzema, rinit kimi xəstəliklər yaranır. Nəfəs yollarına düşən toz. göbələk və bakteriyalar daxili orqanlarda iltihab yaradır, qanı zəhərləyir, limfaları tutur.

Ona görə də kondisonerləri mütəmadi yumaq və təmizləmək lazımdır. Bunu siz özünüz də edə bilərsiz. 

Əgər kondisioneri yandıran kimi qoxu hiss edirsizsə, daxili blokundan su süzürsə, kənar səslər eşidilirsə, deməli, onun təmizlənmək vaxtı çoxdan yetişib.

Kondisioneri təmizləyərkən maska və əlcək taxmaq mütləqdir ki, onu açanda buxar və tozla zəhərli maddələr keçməsin.

- Üst qapağı açıb, filtr çıxarılır və təmiz su ilə yuyulub qurudulur. 
- Kondisioner ventilyasiya rejimində yandırılır və içinə və hava filtrinə kondisioner təmizləmək üçün satılan maddə fısqırdılır. 
- Jalüzləri təmiz əski və xüsusi  təmizləyici vasitə ilə diqqətlə təmizlənir, su ilə yuyulur. 
- Fitr yerinə qoyulub, qapağı bağla
- Kondisionerin müdafiə qapağı (üz səthi) çıxarılıb, su şırnağı altında təmiz yuyur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.