Sağlamlıq

Yay aylarında bu qidalara xüsusi diqqət edin - FOTO

17 İyul 2019 05:30
0 Şərh     Baxış: 1 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yay aylarında cansıxıcı istilərin təsirini azaltmaq və sağlamlıq problemlərindən qorunmaq üçün qidalanmaya xüsusi fikir verilməlidir.

Milli.Az xəbər verir ki, bunu qida mütəxəssisləri tövsiyə edir.

Bu mövsümdə yaşanan qida zəhərlənmələri, baş gicəllənməsi, halsızlıq, izhal kimi problemlərin başında məhz qidalanmada yol verilən yanlışlıqlar dayanır.

Yay aylarında istiliklə bərabər artan maye çatışmazlığı və mineral itirilməsinin qarşısını almaq üçün kifayət qədər su içmək önəmlidir. Gündəlik 2-2,5 litr su içmək hər bir normal insan üçün vacibdir. İsti günlərdə mayonez, krem, yağlı sos, qatı yağ kimi qidalardan uzaq durmaqda fayda var. Yağda qızardılmış yeməklərin miqdarı azaldılmalı və daha çox qaynadılmış, buxarda və ya sobada bişirilmiş yeməklərə üstünlük verilməlidir.

Meyvə istifadəsi

Yay aylarında sululuq miqdarı daha çox olan qarpız və yemiş kimi meyvələr bol miqdarda yeyilir. Lakin nəzərə alınmır ki, onların tərkibində şəkər çoxdur və bu, qanda şəkərin miqdarının artmasına səbəb olur. Bundan başqa, çəki artımı qeydə alınır. Buna görə də meyvə istifadəsi gündə 2-3 porsiya ilə məhdudlaşdırılmalı, yanında pendir, süd kimi protein qrupuna daxil olan qidalar yeyilməlidir.

Açıq qalan qidalar

Bu qidalar tez xarab olduğu üçün (ət, yumurta, süd, balıq) açıq şəraitdə saxlanmamalıdır. Həmçinin, alınması, saxlanması, bişirilməsində gigiyenaya diqqət olunmalıdır. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.