Sağlamlıq

Bu içkilər xərçəng riskini artırır - ALİMLƏR ORTAYA ÇIXARDI

15 İyul 2019 23:00
0 Şərh     Baxış: 3 213
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu içkilər xərçəng riskini artırır. 

Fransalı elm adamlarının apardığı araşdırmaya görə, gün ərzində 100 mq-dan çox şəkərli içki xərçəng riskini 18 faiz artır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Sorbonne Universitetinin alimlərinin araşdırmasına görə, şəkərli içkilər, hətta 5 faiz şəkər ehtiva edən meyvə şirələri belə xərçəng riskini yüksəldir. 

Bura eneji içkiləri, meyvəli süd, şəkərli çay, qəhvə və s. daxildir.  Sözgedən araşdırma üçün mütəxəsislər 100 mindən çox insanı 5 il izləyib. Bu araşdırmada yuxarıda qeyd olunan nəticə əldə edilib.
 
Sonda iştirakçılardan min nəfərdən 26-da xərçəng izinə rast gəlinib. Elm adamları şəkərli içkilərin xərçəng riskini artırmasının səbəbinin qanda şəkərin miqdarının çoxalması ilə əlaqələndiriblər. Lakin alimlər bu istiqamətdə daha çox araşdırmaların aparılmasının vacibliyini vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.