Sağlamlıq

ÇİN TİBBİ: bu nöqtəni sıxmaqla xəstəliklərdən xilas olun - FOTO

10 İyul 2019 22:35
0 Şərh     Baxış: 3 343
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bədəninizdəki bu nöqtəni sıxmaqla özünüzdə olan stressi azalda və rahat yata bilərsiniz. 

stress orqanizmin sağlamlığında ciddi problemlərin əmələ gəlməsinə səbəb olan bir hissdir. Bu hiss müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olmaqla yanaşı, insanın həyat keyfiyyətini aşağı salır. Milli.Az medicina.az-a istinadən bütün həyatımıza təsir edən bu nüansdan xilas olmaq üçün bəsit bir hərəkəti təqdim edir. 

Stress immun sistemin zəifləməsinə, əhval-ruhiyyənin pozulmasına, yuxusuzluğa səbəb ola bilir. Çin təbabəti vasitələri ilə orqanizmdəki stressi aradan qaldırmaq mümkündür. Bu vasitələrdən biri də qulaqdakı həssas nöqtəni sıxmaqdır. Bu nöqtəni sıxmaq orqanizmin sakitləşməsinə səbəb olur. Nöqtə yerləşən nahiyə Şen-men adlanır. Həmin nöqtəni sıxdıqda neqativ hisslər aradan qalxır, orqanizmin qıcıqlanması və yuxusuzluq aradan qalxır. 
Şen-men nöqtəsi qulağın yuxsarı hissəsində, iç qismində yerləşir. Nöqtəni aktivləşdirmək üçün həmin hissəni tapıb massaj etmək və bir neçə saniyə sıxıb saxlamaq lazımdır. Çin tibbində bu nöqtəyə cənnətin qapısı deyirlər. Bu nöqtənin bütün bədənə enerji verdiyinə inanılır. 
 
Tətbiq edilmə qaydası:

Qulaq çöpü ilə şəkildə görünən yerə yavaş-yavaş masaj edin. Bu zaman dərin nəfəs alıb-vermək lazımdır. Eyni zamaanda bədənə diqqəti cəmləmək lazımdır. Orqanizminizi dinləyin. Dərin nəfəs alış-verişində sağa baxmağınız lazımdır. Bu hərəkət bütün orqanizmin rahatlanmasınıa təkan verir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.