Sağlamlıq

İbn Sinanın sağlam qidalanma barədə məsləhətləri

10 İyul 2019 23:25
4 Şərh     Baxış: 7 564

Müasir təbabətin banisi adlandırılan məşhur loğman Əbu Əli ibn Sina 270-dən çox əsərin müəllifidir. Onun bir sıra məsləhətləri əsrlər keçəndən sonra da öz aktuallığını saxlayır.

Milli.Az AZƏRTAC-a istinadən bu məsləhətlərdən bəzilərini təqdim edir.

1.Yay vaxtı turşməzə yeməklər, məsələn, tam yetişməmiş üzüm yeyin. Nar şirəsi, tam yetişməmiş üzüm şirəsi için, hind xurması yeyin.

2.Kökəldilmiş heyvanların ətini yeməkdən çəkinin, çünki bu, öd şirəsi ifrazını artırır. Payızda qarpız və üzüm yeyin, çünki belə yeməyin heç bir ziyanı yoxdur.

3.Müalicəvi prosedurların ən xeyirlisi hamamdır. Acqarına hamamda yuyunmaq insanı zəiflədir.

4.Kükürdlü su ağrıları azaldır, sinirləri möhkəmlədir, çiban və yaraları sağaldır, dəridəki ləkələri ağardır, mədəni zəiflədir, cinsi həvəsi azaldır.

5.Təzyiqiniz yüksək olduqda balqabaq şirəsi için. Ürəyi möhkəmlətmək üçün alma yeyin. İflic vurmuş insan sidr qozası yeməlidir. Sinə nahiyənizdə ağrılar varsa, badam yeyin, üstündən bal şərbəti için.

6.Payızda duzlu və quru yeməklərdən tam imtina edin. Belə yeməklər insanlarda müxtəlif xəstəliklərə fəsad verir. Duzlu pendir, duzlu balıq, ümumiyyətlə, bütün duzlu yeməklər zərərlidir.

7.Tərkibində dəmir olan su iştahanı artırır, dalaq xəstəliklərindən əziyyət çəkənlərə yaxşı təsir göstərir, cinsi həvəsi artırır, mədədə ağırlığı aradan götürür.

8.Dadlı və isti xörəklər öd ifrazını artırır. Buna səbəb onların çox isti olmasıdır. Belə yeməklərin faydalı cəhəti isə mədə-bağırsaq traktının işini fəallaşdırmasıdır.

9.Ürəkdöyünmə zamanı keşniş toxumu yeyin. Onurğanızda ağrı hiss edəndə cücə bulyonu için.

10.Müalicəsi olmayan xəstəlik yoxdur. Yalnız iradəsiz insanlar var. Faydasız bitki yoxdur, sadəcə onun faydalı cəhətləri hələ öyrənilməyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Xoruz baba · 11 İyul 09:3700

    Bunlar ƏLA! Bəs bel yırtığı olanlar nə yesin, nəyi yeməsin?

    Cavab yaz
    • Anonim
      IVRO · 11 İyul 10:1500

      Salam qardaş. Bu xəstəliyin müalicəsi vardır və effektiv də təsiri olur. Yaxşı həkimini bilirəm. Hansı ki, dartmaqla və ağırlıq asmaqla aradan aparır inşəallah. YAxınlarımdan neçəsi bu yolla sağalıb şükür. İstəsəniz xəbər edin istiqamət verim Sizə. Allah şəfa versin.

      Cavab yaz
  • Anonim
    günahkar bəndə · 11 İyul 10:5010

    SALAMUN ALEYKUM İVRO BEL PROBLEMİ MƏNDƏDƏ VAR NÖMRƏSİN VERİN ƏLAQƏ SAXLAYAQ ZƏHMƏT OLMASA

    Cavab yaz
  • Anonim
    ŞAH · 12 İyul 21:0010

    İNSANLIĞA TÖHVƏ VERƏN İNSAN--İBN SİNA--ALLAHDAN SƏNƏ RƏHMƏT DİLƏYİRƏM YERİN CƏNNƏT OLSUN.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.