Sağlamlıq

Professor açıqladı: Beyin inkişafı üçün ilk 4 yaşa DİQQƏT!

8 İyul 2019 23:11
0 Şərh     Baxış: 3 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Üsküdar Universitetinin türkiyəli professoru Nurper Ülküer uşaqlıq dövrünün ilk illərinin beyin inkişafı üçün əhəmiyyətli bir dövr olduğunu deyib. Professor bildirib ki, uşağın beyni dörd yaşına qədər sürətlə inkişaf edir.

Milli.Az xəbər verir ki, professor həyatın ilk 4 ilində beyin sinir hüceyrələrinin saniyədə 750-1000 yeni bağlanma qurduğunu deyib:

"Uşaqlığın ilk 8 ilini əhatə edən erkən uşaqlıq dövrü insan inkişafının əsasını təşkil edir. Bu, uşağın və yaşlıların həyatının daha sonrakı mərhələlərində inkişaf etmədiyini göstərmir. Amma bu yaş dövrü bütün həyatın ən həlledici dövrüdür.

İnsan beyninin ən sürətli inkişaf dövrü erkən uşaqlıq dövrüdür. Beyin normal çəkinin 87 faizinə həyatın üçüncü ilində çatır. Həmçinin, bu dövr beynin ən çevik dövrüdür. Amma beyin çevikliyinin 50 faizini ilk yeddi ilində itirir.

Beyin inkişafında başda dil, görmə və eşitmə, hissi nəzarət, sosiallaşma və digər əsas vərdişlərin inkişafını təmin edən sinir hüceyrə birləşmələrinin ən sürətli olduğu həssas dönəm 4 yaşa qədərdir.

Hər bir uşaq bir-birindən fərqlidir, amma Uşaq Hüquqları Konvensiyasında da qeyd olunduğu kimi, onların eyni bərabərlikdə inkişaf potensiallarına olmaq haqları var. Bu hüquqların ən yaxşı şəkildə həyata keçirilməsi üçün başda valideyn olmaqla, səhiyyə, təhsil, sosial xidmət və digər əlaqədar qurum və təşkilatlar, cəmiyyət, dövlət, beynəlxalq birliklər məsuliyyət daşıyır". (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.