Sağlamlıq

Ana südünün faydaları nələrdir? - Əvəzsiz qidanın tərkibindəki möcüzə

1 İyul 2019 22:04
1 Şərh     Baxış: 5 052
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir qadın üçün ən müqəddəs hadisələrdən biri məhz doğuşdur. Körpələrə ən vacib qida ana südüdür. Bu qida təbii vitamin qaynağıdır. Yenidoğulan körpələrin ilk altı ayı yalnız ana südü ilə bəslənməsi  məsləhətlidir. Bu əvəzsiz qida ilə bəslənən körpələrdə infeksion xəstəliklər minimum müşahidə edilir. Həmin uşaqlarda allergik xəstəliklər, ishal və tənəffüs yolu xəstəlikləri və hətta irəli yaşlarda ateroskleroz, xərçəng və dağınıq skleroz kimi xəstəliklər daha az müşahidə olunur. Əmizdirən analarda isə süd vəzisi xərçəngi, yumurtalıq xərçəngi, osteoporoz və anemiya kimi xəstəliklər daha az rast gəlinir. 

Milli.Az medicina.az-a istinadən mövzu ilə bağlı maraqlı məlumatları təqdim edir.

Ana südünün tərkibi ilk ifraz olunan günlərdən başlayaraq sonrakı günlərə qədər  dəyişir, belə ki, doğuşdan sonrakı  ilk günlərdə fərqli tərkibdə  ana südü ifraz olunur ki, buna ağuz südü deyilir. Ağuz südü körpəni infeksion amillərdən qoruyan maddələrlə daha zəngindir. Ağuz südü adətən ilk bir həftə ərzində sintez olunur. İkinci həftədən ana südünün  zülal tərkibi  azalır, laktoza, yağ tərkibi və ümumi kalorisi artır ki buna "keçid südü" deyilir. Daha sonrakı dövrdə sintez olunan ana südünün tərkibinə gəlincə,  əmizdirmənin başlanğıcında  karbohidratlardan, sonunda isə yağlardan zəngin olan ana südü ifraz olunur.
 
Ana südünün xüsusiyyətlərinə gəlincə, ana südü  asan həzm olunan və infeksiyalardan qoruyucu xüsusiyyətlər ilə seçilən zülallarla zəngindir. Ana südündə olan zülal və mineralların miqdarının inək südü ilə müqayisədə daha az olması, həzm və ifrazat sistemində ola biləcək yüklənmənin qarşısını alır. Ana südündə olan dəmir, sink kimi mineralların miqdarı, inək südü ilə müqayisədə daha çoxdur, məsələn dəmir üçün bu rəqəm beş dəfə çoxdur. Ana südündə həzmi asan olan doymamış yağ turşularının səviyyəsi yüksəkdir. Beyin və sinir sistemi üçün vacib olan esensiyal yağ turşularının səviyyəsi ana südündə inək südü ilə müqayisədə 8 dəfə çoxdur. Belə ki ilk 4 ay ərzində bu yağ turşuları körpə orqanizmi tərəfindən sintez olunmur.
İlk saatlardan etibarən körpənin istəyinə uyğun olaraq, münasib şərtlərdə və doğru texnika ilə əmizdirilmə, körpənin ana südü ilə qidalanmasının vacib şərtləridir. Əmizdirmə zamanı ifraz olunan oksitosin və prolaktin kimi hormonlar süd vəzisində  südün boşalmasını təmin edir və yeni südün sintezini stimullaşdırır.
 
Ana südünün faydaları:
 
•     Zəka inkişafı üçün ən önəmlidir.
•     Zülal və vitamin ehtiyatını təmin edir
•    "Crohn" adı verilən xroniki bağırsaq xəstəliyinə qarşı körpəni qoruyur.
•     Böyüyəndə analarına daha düşkün olurlar
•     Böyüdüyündə köklük riskini aşağı salır.
•     Digər qidalara görə, həzmi daha asan başa gəlir
•     Allergik xəstəliklərin qarşısını alır.
•    Peyvəndlərin təsirinin artmasına yardımçı olur.
•    leykemiya kimi uşaq dövründə rastlaşılan, xərçənglərə qarşı da yaxşı qoruyucudur.
•    körpənin ağlamasına qarşı ən yaxşı sakitləşdirici kimi tanınır.
•    soyuqdəymə qarşı ən yaxşı qoruyucu vasitədir.
•    Qəbizlik problemini minimuma endirir.
•    körpənin diş sağlamlığını qoruduğu kimi inkişafını da təmin edir.
•    içən uşaqların böyüyəndə daha üzüyola olduqları bildirilir.
•    Uşağın ishal problemlərini böyük nisbətdə aradan qaldırır. 
•    Körpənin çənəsinin daha qüvvətli bir hala gəlməsini təmin edir.
•    Düzgün danışmağa təkan verir
•    Yuxu problemi olan uşaqların daha rahat yuxuya getməsini təmin edir.
•    Gələcəkdə uşaqda anemiyaya tutulma riski olduqca düşər.
•    Ana südü, körpənin zehni olaraq da yaxşılaşmasına yardımçı olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.