Sağlamlıq

Çayın tərkibindəki bu maddə xərçəngi müalicə edir

1 İyul 2019 20:00
0 Şərh     Baxış: 1 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xərçəng XX və XXI əsrin bəlası sayılır.

Bu günə qədər alimlər bir çox təcrübələr aparsalar da, bu xəstəliyin tam müalicəsini tapa bilmirlər. Amma ara-sıra aparılan təcrübələr xərçəng hüceyrələrini məhv edən, bu xəstəliyinin yaranmasının qarşısını alan müəyyən üsulları üzə çıxarır.

Milli.Az "ölkə.az"a istinadən xəbər verir ki, gündəlik həyatda içdiyimiz çay xərçəngə qarşı mübarizə üsulu sayıla bilər. Bunu yapon alimləri qeyd ediblər. Bildirilir ki, yaşıl çay xərçəngin inkişafının qarşısını ala bilər.

Alimlər vurğulayırlar ki, effekt əldə etmək üçün gün ərzində 4-6 fincan yaşıl çay içmək lazımdır. Bu çayın tərkibində olan xüsusi antioksidantlar sərbəst radikalların yaranmasının qarşısını alır.

Bundan əlavə, yaşıl çay arıqlamağa da kömək edir. Çünki tərkibində olan elementlər piyi əridir və metabolizmi sürətləndirir.

Qeyd edək ki, badam, tuna balığı, yumurta və toyuq əti də xərçəngə qarşı mübarizədə kömək edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.