Sağlamlıq

İstidən burundan niyə qan açılır? - Səbəb və yardım

26 İyun 2019 20:00
0 Şərh     Baxış: 2 109
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çox uşaqlarda, yeniyetmə və gənclərdə isti yay aylarında, açıq havada qəfildən burundan qanaxma halları tez-tez baş verir və bu hal valideynləri narahat edir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, çox isti havada, temperatur 39-40-ı keçdikdə burun və başda yerləşən damarlar genişlənir, partlayır və burundan qan axır. Çalışmaq lazımdır ki, bu halda dərhal sərin, kölgəli yerə keçib, başı aşağı əymək, burunu sıxmaq və burun dəliklərinə soyuq suda isladılmış dəsmal və ya hidrogen peroksiddə isladılmış tənzif, pambıq salmaq, burun hissəyə buz və ya buzlu su qoymaq lazımdır.

Adətən bu hal təzyiq oynayarkən də baş verir. Eləcə də haymoriti, rinit, sinusiti, burun damarları zədəli və üzdə olanlarda rast gəlinir.

Əgər burundan qəfildən qan açılma yay boyu 1-3 dəfə baş verirsə, buna görə narahat olmağa dəyməz. Yox əgər bu hal tez-tez baş verirsə, o zaman həkimə müraciət etmək və müayinə lazımdır.

Ümumiyyətlə, boyun və baş qan dövranı pozulmuş insanlarda burundan qanaxma gözlənilir.

Çox isti havada uşaqlar, belə problemləri olanlar açıq havada olmamalı, gün altında gəzməməli və özünə ilk yardım göstərməyi bacarmalıdır.

Burundan qanaxma ilk yardımla kəsmirsə yaxınlıqdakı təcili yardıma üz tutmaq lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.