Sağlamlıq

Uşaqlara qarpız-yemiş verməyin! - VİDEO

20 İyun 2019 20:20
0 Şərh     Baxış: 3 523

İndi satışda olan qarpız və yemişi uşaqlara verməyin.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev bildirib. Həkimin sözlərinə görə, uşaqlara verilməsi məsləhət görülməyən bu meyvələrin yetişmə dövrünə hələ var:

"Təəccüblüdür ki, bizim ölkədə qarpız və yemiş yetişdiyi halda, biz hələ də bu giləmeyvələrin hansı aylarda təbii olaraq yetişdiyini bilmirik. Bu azmış kimi bu işlə məşğul olanlar da hansı gübrədən nə qədər istifadə edildiyini bilmir və nəticədə zəhərlənirik.

Hələ qarpızın yetişmə vaxtı deyil. Dərmanla yetişdirilən qarpız-yemişi də uşaqlara vermək məsləhət deyil. Bu giləmeyvələrin təbii halda yetişdikdən sonra yeyilməsi daha doğrudur".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.