Sağlamlıq

İstidən qoruyan ziyansız içkilərin adı AÇIQLANDI

24 İyun 2019 07:00
0 Şərh     Baxış: 4 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Su və spirtsiz Mohito içkisi orqanizmə ziyan vurmadan susuzluğu aradan qaldıra bilər.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, rus dietoloqlar bu fikirdədirlər. Onların sözlərinə əsasən, isti üçün ən universal içki sudur. Amma burada əsas amil qaynar və ya çox soyuq olmamasıdır.

Mütəxəssislər gündə 2.5 litrdən az su içməməyi tövsiyə edirlər. İsti havalarda isə hər 45-60 dəqiqədən bir 150-200 ml su içilməlidir. Sudan başqa isti yaşıl və ağ çay da içmək olar.

"Unutmayın ki, isti havada daha çox su içmək lazımdır. Çünki qaynar çay içmək tər vasitəsilə bədəndən su ifrazına səbəb olur. Bu səbəbdən qaynar çaydan sonra adi su içmək lazımdır. Bundan başqa bəzi otların çayını da içmək olar. Həm də spirtsiz Mohito da hazırlamaq mümkündür", - deyə dietoloqlar bildiriblər.

Alimlər qeyd edirlər ki, isti havada şirin içkilər orqanizmə mənfi təsir edir və susuzluq hissini öldürmür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.