Sağlamlıq

Alimlərdən yeni kəşf

24 İyun 2019 05:30
0 Şərh     Baxış: 1 934
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin genetika İnstitutunun alimləri yeni kəşfin nəticələrini açıqlayıblar.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, alimlərin fikrinə əsasən, aqressiv davranışlara meyllilik genetik ola bilər.

Mütəxəssislər siçanlar üzərində təcrübə aparıblar. Gəmiricilər iki qrupa bölünüb. Dişi siçanları balalarından sutkada üç saat ayırıblar. İkinci qrupu isə ayırmayıblar. Sonra hər iki qrupun balası böyüyərək ana olub. Alimlər yenə də iki qrupa ayırıblar və təcrübə aparıblar. Məlum olub ki, valideynlərindən ayrı düşən ikinci nəsil siçanlar daha aqressivdirlər.

Alimlərin fikrinə görə, bu tip qanunauyğunluq insanlar arasında da müşahidə edilə bilər. Amma bu yöndə hələ təcrübə aparılmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.