Sağlamlıq

Əqrəb zəhəri bir çox xəstəliyi sağaldır - YENİ ARAŞDIRMA

26 İyun 2019 23:45
0 Şərh     Baxış: 1 734

"The Daily Mail" nəşriyyatı yeni tədqiqat barədə məlumat verib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, gəmiricilər üzərində aparılan təcrübə sübut edib ki, əqrəb zəhəri təhlükəli bakteriyaları məhv edir. Bu zaman isə dəridə toksik effekt buraxmır. Zəhərin tərkibində iki antibakterial birləşmə var.

Amma bunu əldə etmək üçün vaxt və güclü maliyyə dəstəyi lazımdır. Bundan başqa əqrəbdən hansı birləşməni almaq mümkün olduğunu araşdırmaq lazımdır. Buna görə də alimlər artıq dərman maddələrini sintezləşdirmək barədə danışırlar.
Birinci birləşmənin tərkibində oksigen, ikincinin tərkibində kükürd var. Birləşmələrdən biri qızılı stafilakoku asanlıqla məhv edib. Bu qızılı stafilakok dəri infeksiyasına səbəb olur.

İkinci birləşmə isə vərəmin yaranmasına səbəb olan bakteriyaları məhv edib. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.